Hadrutda düşmənin qurduğu pusqu belə məhv edilib

Əsgər İbrahim Baxşəliyev Cəbrayıl və Hadrutun azad edilməsi əməliyyatlarında aktiv şəkildə iştirak edib, Şuşanın azad ediməsi əməliyyatında isə yaralanıb.

“Xezerxeber.az”-a istinadən xəbər verilir ki, hərbçimiz 2016-cı ilin aprel döyüşlərində də iştirak edib.

Onun sözlərinə görə, özünün də daxil olduğu birləşmələrin ilk uğurlu əməliyyatı Cəbrayılda ermənilərin tikdiyi hərbi hissənin ələ keçirilməsi olub.

O bildirib ki, Hadrut uğrunda döyüşlər çətin olsa da, düşmən geri çəkilməyə məcbur olub. Bu zaman düşmən qüvvələr çoxlu pusqular qurublar, amma qəhrəman hərbçilərimiz tərəfindən bu maneələr bir-bir dəf edilib.

İbrahim Baxşəliyev bildirir ki, Hadrutdan sonra onun da daxil olduğu bölmələr Şuşa ətrafına piyada şəkildə irəliləyib. O, Şuşaya gedən yol uğrunda döyüşlər zamanı xəsarət alıb. İbrahim Baxşəliyev yaralı hərbçi yoldaşını döyüş meydanından çıxararkən yaxınlığına minaatan mərmisi düşüb və bədəninin bir neçə yerinə qəlpə dəyib.

Hazırda İbrahim vətərin zədələnməsi səbəbi ilə sol əlinin 3 barmağını işlədə bilmir. Amma həkimlər növbəti əməliyyatla onun əvvəlki kimi sağlamlığına qovuşacağını bildirib.

Hamısını Göstər

Related Articles

Back to top button