Hakan Fidan ABŞ və Pakistanla İran danışıqlarını müzakirə etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ və Pakistan rəsmiləri ilə telefon danışıqları apararaq İranda keçirilən danışıqların gedişini və gələcək addımları müzakirə edib.

Polise.az Teleqraf-a istinadən  xəbər verir ki, bu barədə TASS Türkiyə XİN mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, telefon danışıqları İslamabadda ABŞ və İran nümayəndələri arasında keçirilən görüşlərdən sonra baş tutub.

Qeyd olunub ki, tərəflər danışıqlarda irəli sürülən mövqeləri qiymətləndirib və prosesin növbəti mərhələsi ilə bağlı fikir mübadiləsi aparıblar. ABŞ tərəfi ilə danışıq aparan konkret rəsmilərin kimliyi açıqlanmayıb.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button