Hakan Fidan: Avropanın münaqişəni bəhanə edərək Rusiya ilə hesablaşmaq planlarını qəbul etmirik
“Biz Avropanın Ukraynadakı münaqişəni bəhanə edərək Rusiya ilə hesablaşmaq və onun hərbi strategiyalarını həyata keçirmək planlarını qəbul etmirik”.
Polise.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “CNN Türk” telekanalında bildirib.
“Təbii ki, biz işğalı rədd edirik və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Lakin bu müharibəni dayandırmağın vaxtı çatıb. Türkiyə nadir ölkələrdəndir ki, münaqişənin hər iki tərəfi ilə danışmaq imkanına malikdir, Avropa və digər regional platformalarda sülh çağırışı edə bilir və təsir gücünə malikdir”, – nazir bildirib.
Polise.az