Hakan Fidan Blinkenlə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ-nin dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub.
Polise.az xəbər verir ki, bu barədə Türkiyə XİN sözçüsü Öncü Keçeli məlumat verib.
O bildirib ki, qarşı tərəfin təşəbbüsü əsasında baş tutan telefon danışığı zamanı HƏMAS ilə İsrail arasında atəşkəs danışıqlarındakı son vəziyyət və bölgədəki vəziyyət müzakirə edilib.
Polise.az