Hakan Fidan: Can Azərbaycanın Zəfər Gününü ürəkdən təbrik edirəm
Can Azərbaycanın 8 Noyabr-Zəfər Gününü ürəkdən təbrik edirəm.
Polise.az xəbər verir ki, bu sözlər Türkiyənin xarici işlər naziri Hakan Fidan sosial media hesabında Azərbaycanın Zəfər Günü ilə bağlı etdiyi paylaşımında yer alıb.
Təbrik mesajında deyilir: “Zəfərin üçüncü ildönümündə Qarabağ Azərbaycan bayrağı altında dinclik tapmağın coşqusunu yaşayır.
44 günlük dastan yazan mübarizəni qələbə ilə taclandıran bütün qəhrəmanlarımızı minnətdarlıq, şəhidlərimizi rəhmətlə yad edirəm.
Qarabağ Azərbaycandır!”
Polise.az