Hakan Fidan ilə Antoni Blinken Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrail-Fələstin qarşıdurması üzrə yaradılan təmas qrupu ölkələrinin toplantısında iştirak etmək üçün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada səfər edib.

Polise.az xəbər verir ki, səfər çərçivəsində Türkiyənin XİN başçısı ilə ABŞ Dövlət katibi Antoni Blinkenin görüşü keçirilib. Görüşdə İsrail və Fələstin arasında gərginliyin aradan qaldırılması, bölgəyə təcili humanitar yardımların çatdırılması, atəşkəs və əsir mübadiləsi kimi məsələlər müzakirə edilib.

Türkiyəli nazirin Ər-Riyada Fələstinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa, Malayziyanın Baş naziri Ənvər İbrahim, Yəmənli həmkarı Şai Muhsin Zindani və digərləri ilə görüşləri olub.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button