Hakan Fidan: İran regionu riskə atacaq hadisələrdən qaçmalıdır

Türkiyə üçün İranın regionu riskə atacaq hadisələrdən qaçması önəmlidir.
Teleqraf xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Ankara Tehranda baş verənləri diqqətlə izləyir:
“İrandakı hadisələr bizi də maraqlandırır. Diplomatik səyləri davam etdirəcəyik. Region İranda baş verə biləcək genişmiqyaslı qeyri-sabitliyin öhdəsindən gələ bilməz. Prioritetimiz hansısa şəkildə güc tətbiqinə gətirib çıxaracaq vəziyyətin yaranmamasıdır. Problemlərin dialoq yolu ilə həllini istəyirik. İnşallah, ABŞ ilə İran bu məsələni öz aralarında həll edərlər. Türkiyə üçün İranın regionu riskə atacaq hadisələrdən qaçması önəmlidir”.
Hakan Fidan əlavə edib ki, Türkiyə İrana qarşı hərbi güc tətbiqinə qarşıdır.
Polise.az



