Hakan Fidan: İrana xəbərdarlıq etdi

“İsrail bütün bölgədə qeyri-sabitlik yaratmaq strategiyası həyata keçirir. Biz isə dost və qardaş ölkələrimizlə birlikdə İsrailin bu mövqeyinə qarşı sülh siyasəti yürüdürük. Bu gün müharibəyə son qoymaq üçün bütün diplomatik səylərimizi davam etdiririk”.
Polise.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
Hakan Fidan İrandan Türkiyə istiqamətində atılan ballistik raketlə bağlı Tehrana xəbərdarlıq edib: “Bizim tövsiyəmiz budur ki, İran diqqətli olmalı, belə bir macəraya əl atmamalıdır. Türkiyə bu günə qədər dostluğunu, düzgün mövqeyini və sülhə xidmət edən siyasətini ortaya qoyub. İran uzun illərdir sanksiyalarla üzləşir. Türkiyə isə prinsipial və məsuliyyətli siyasi kursuna sadiqdir”.
Polise.az



