Hakan Fidan NATO baş katibi ilə Qara dəniz və Ukraynadakı durumu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan NATO baş katibi Mark Rutte ilə Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına dair danışıqlar prosesini müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlə NATO baş katibi arasında keçirilən görüşdə Ukrayna və Rusiya arasında müharibəyə son qoymağa yönəlmiş danışıqlar prosesi müzakirə olunub. Tərəflər Qara dənizdə təhlükəsizlik məsələlərini də müzakirə ediblər.

Fidan və Rutte həmçinin 2026-cı ilin iyulunda Ankarada keçiriləcək NATO sammitinə hazırlıq və Türkiyə müdafiə sənayesinin NATO-ya üzv ölkələrinin inkişafına töhfəsi məsələləri ətrafında da fikir mübadiləsi aparıblar.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button