Hakan Fidan NATO ölkələri XİN başçılarının toplantısında iştirak edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan aprelin 3 və 4-də Brüsseldə NATO-ya üzv ölkələrin XİN başçılarının növbəti toplantısında iştirak edəcək.

Polise.az  xəbər verir ki, toplantıda terrorizmlə mübarizə, Rusiya-Ukrayna qarşıdurmasında son vəziyyət, Vaşinqton Sammitinə hazırlıq, İsveç və Finlandiyanın üzvlüyündən sonra alyansın vəziyyəti və bir sıra digər regionlarda baş verən strateji proseslərin müzakirəsi planlaşdırılır.

Türkiyə XİN başçısının tədbirdəki çıxışı zamanı NATO ölkələrinin terrorizmlə birgə mübarizəsinin vacibliyi, alyans üzvlərinin bəzilərinin terror təşkilatları ilə tərəfdaşlıq münasibətlərinə girməsinin qəbuledilməz olduğu vurğulanacaq. Hakan Fidanın, həmçinin müttəfiqlərin müdafiə sənayesi sahəsində bir-birinə qarşı sanksiyalar və məhdudiyyətlər tətbiq etmələrinin alyansın ruhuna zidd olduğu və bunun NATO-nun təhlükəsizliyinə mənfi təsir göstərdiyi barədə açıqlamalarla çıxış etməsi gözlənilir. O, Avropanın müdafiə və təhlükəsizliyinin effektiv şəkildə təmini ilə bağlı Türkiyənin fikirlərini də çatdıracaq.

Türkiyəli nazirin səfər zamanı ikitərəfli görüşlər keçirməsi planlaşdırılır.

Toplantı ərəfəsində NATO-nun yaranmasının 75-ci ildönümü münasibətilə rəsmi mərasim keçiriləcək.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button