Hakan Fidan raket hücumundan sonra İrana xəbərdarlıq etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan İran xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı zamanı Tehrandan ölkəsinə ballistik raketin atılması məsələsini müzakirə edib.
Polise.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Nazirimiz İrandan Türkiyənin hava məkanına doğru hərəkət edərkən zərərsizləşdirilən ballistik raketin buraxılmasına Türkiyənin kəskin etirazını çatdırıb. Hakan Fidan İranın münaqişənin gərginləşməsinə səbəb ola biləcək istənilən addımdan çəkinməli olduğunu bildirib”, – açıqlamada qeyd olunub.
Vurğulanıb ki, Türkiyə vətəndaşlarının təhlükəsizliyini təmin etmək məsələsində tam iradə və sarsılmaz imkanlara malikdir.
Xatırladaq ki, Türkiyə Müdafiə Nazirliyi bundan əvvəl İrandan Türkiyəyə doğru atılan ballistik raketin NATO-nun hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini açıqlamışdı.
Polise.az



