Hakan Fidan sivilizasiyaların toqquşması təhlükəsinin artması ilə bağlı xəbərdarlıq edib
Dünya birliyi sivilizasiyaların genişmiqyaslı toqquşmasına heç vaxt indiki qədər yaxın olmayıb. Bu, nəzərə alınması lazım olan bir təhlükədir.
Polise.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan noyabrın 26-da Portuqaliyanın Kaşkayş əyalətində keçirilən BMT-nin Sivilizasiyalar Alyansının X Qlobal Forumunda çıxışı zamanı deyib.
Türkiyə diplomatiyasının rəhbəri qeyd edib ki, “problemin üzərindən sükutla keçmək ümumdünya münasibətlər sistemində daha böyük parçalanmaya gətirib çıxaracaq”.
Yaxın Şərqdəki vəziyyəti misal çəkən Hakan Fidan vurğulayıb ki, planetin bu hissəsində problemlərin həlli yolları tapılmalıdır, əks halda, dünya birliyi Yer üzündə uzunmüddətli və möhkəm sülhə nail ola bilməyəcək.
Türkiyəli nazir “X” sosial şəbəkəsindəki paylaşımında vurğulayıb: “Beynəlxalq hüquqa və ümumbəşəri dəyərlərə məhəl qoymayan və bu gün Portuqaliyada keçirilən Forumda da iştirak etməyən ölkələr bizə dərs verməyə çalışırlar. Halbuki, BMT-nin Sivilizasiyalar Alyansı bütün dünya, o cümlədən Qərb ölkələri üçün ümumi platformadır”.
Polise.az