Hakan Fidan Suriyaya gedir – Ərdoğan planı açıqladı
Misir səfərindən qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Polise.az xəbər verir ki, prezident Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyanın yenidən qurulmasında iştirak edəcəyini deyib.
“Yeni rəhbərliyin xüsusilə ehtiyac duyduğu çoxlu elementlər var. Bu elementlərlə bağlı onları tək qoymayacağıq. Xüsusilə İŞİD, PKK/YPG ilə mübarizədə heç vaxt tək qalmamalıdırlar. Nə lazımdırsa edəcəyik. İnşallah, xarici işlər nazirimiz Hakan Fidan da tezliklə ora gedəcək. Yeni strukturu birlikdə quracaqlar”, – Ərdoğan vurğulayıb.
Prezident yeni Suriya Konstitusiyası üçün ölkənin faktiki lideri Əbu Məhəmməd əl-Colani və yeni hökumətin digər rəhbər şəxsləri ilə təmaslara başladıqlarını da bildirib.
Polise.az