Hakan Fidan: Türkiyə Ukraynada sülhün bərqərar olmasını dəstəkləyir

“Türkiyə ABŞ-nin Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həlli üçün göstərdiyi səyləri alqışlayır və İstanbul Prosesi vasitəsilə danışıqların asanlaşdırılmasına sadiq qalır”.

Polise.az  xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının plenar iclasında bildirib.

“Biz son dərəcə təlatümlü vaxtda yaşayırıq. Ukraynada müharibə yəqin ki, beşinci ilinə qədəm qoyacaq, amma sülh axtarışları bu yaxınlarda vüsət alıb. Biz ABŞ-nin tərəflər arasında razılaşmaya vasitəçilik etmək səylərini xüsusilə alqışlayırıq. Bu mühüm məqamda hamımız bu səyləri dəstəkləməli və regionumuzda davamlı sülhə gətirib çıxaracaq ədalətli həllə nail olmaq fürsətindən istifadə etməliyik”, – o deyib.

Fidanın fikrincə, müharibənin uzadılması riski “diplomatik həll üçün sürətin saxlanmasını tamamilə zəruri edir”.

“Biz öz tərəfimizdən, şübhəsiz ki, bu istiqamətdə bütün səyləri dəstəkləməyə davam edəcəyik. Biz İstanbul Prosesi vasitəsilə danışıqların asanlaşdırılmasına sadiq qalırıq”, – türkiyəli nazir əlavə edib.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button