Hakan Fidan Ukrayna üçün Londona getdi

Avropa ölkələrinin liderləri bu gün Ukrayna prezidenti Vladimir Zelenskinin iştirakı ilə Ukraynanı müzakirə etmək üçün Londonda bir araya gəlir.
Polise.az xəbər verir ki, iclasda Türkiyəni Prezident Tayyib Ərdoğan adından xarici işlər naziri Hakan Fidan təmsil edəcək.
Avropa liderlərinin görüşü prezident Tramp və Zelenski arasında cümə günü Ağ Evdə baş verənlərdən sonra xüsusi əhəmiyyət kəsb edir.
Görüş zamanı Avropa liderləri Kiyevə dəstəklə bağlı konkret qərar verəcək, fəaliyyət planını açıqlayacaqlar.
Polise.az