Hakan Fidandan Putin açıqlaması: “O bunu çox yaxşı bilir!”
Putin nəyin vacib, nəyin vacib olmadığını çox yaxşı bilir.
Polise.az Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Fransa mediasına açıqlamasında deyib.
“Cənab Putin illərdir iqtidardadır. Bu da onu taktiki idarəçidən yaxşı bir strateji mütəfəkkirə çevirib. O nəyə investisiya qoymaq olar, bir şeyin davamlı olub-olmadığını çox yaxşı bilir. Ona görə də hesab edirəm ki, cənab Putin Suriya ilə bağlı son hesablamanı aparıb və bundan sonra davam etməmək qərarına gəlib”, – XİN başçısı deyib.
Bunun Putinin “Əsədi tərk etməsi” kimi qəbul edilə bilərmi sualına Fidan, “Tərk etdi” demək olarmı bilmirəm. Belə görünmür. Axı Əsəd indi Moskvadadır” deyə cavab verib.
Polise.az