Hakan Fidandan Rusiya və Ukraynanın İstanbul görüşü barədə açıqlama

Ümid edirəm ki, Rusiya və Ukrayna nümayəndə heyətlərinin bu gün İstanbulda keçiriləcək görüşü tərəflər arasında yeni səhifə açacaq.
Teleqraf xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
“Ümid edirəm ki, İstanbulda keçiriləcək danışıqlar bizi münaqişənin həlli prosesində yeni səhifə açmağa aparacaq”, – nazir bildirib.
Xatırladaq ki, bu gün keçiriləcək görüşdə iştirak edəcək Moskva nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski (nümayəndə heyətinin rəhbəri), xarici işlər nazirinin müavini Mixail Qaluzin, Baş Qərargah rəisinin müavini İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin daxildir. Ekspertlər qrupuna isə Baş Qərargahın informasiya idarəsi rəisinin birinci müavini Aleksey Zorin, Prezident Administrasiyasının humanitar siyasət üzrə idarə rəisinin müavini Yelena Podobreyvskaya, Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə İkinci Departamentinin direktoru Aleksey Polişuk və Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq baş idarəsi rəisinin müavini Vitali Şevtsov daxil edilib.
Rəsmi Kiyevi isə danışıqlarda xarici işlər naziri Andrey Sibiqa, Prezident Administrasiyasının rəhbəri Andrey Yermak, müdafiə naziri Rüstəm Umerov, Prezidentin müşaviri İqor Jovkva təmsil edir.
Danışıqların başlama saatı məlum deyil. Müzakirələr mətbuata qapalı olacaq.
Polise.az