Hakan Fidandan Ukrayna açıqlaması: Rusiya yeni şərtlər hazırlayır

“Türkiyə Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün məkik diplomatiyasını davam etdirəcək”.

Teleqraf xəbər verir ki, bunu Ukraynaya bu gün başlayacaq ikigünlük səfərindən öncə Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

“Məkik diplomatiyasını davam etdirəcəyik. Sülhə nail olmaq üçün səmimi səylər göstəririk. Biz bir həftə ərzində Rusiyaya, oradan da Ukraynaya gedə biləcək bir ölkəyik. Bu, ölkəmizə və prezidentimizə (Rəcəb Tayyib Ərdoğan) hörmətin göstəricisidir. Bu fürsətdən istifadə edərək bölgəmizdə sülhün bərqərar olmasına çalışırıq”, – nazir bildirib.

Hakan Fidanın sözlərinə görə, Ukraynada davamlı sülhə nail olmaq üçün hərtərəfli səylər lazımdır:

“Bizim öz düsturlarımız var, onları tərəflərlə bölüşürük. Əlbəttə, tərəflərin addımlarını müəyyən edəcək ən mühüm amillərdən biri onların kompromisə gələ bilmələridir- sosial, iqtisadi, hərbi baxımdan… Ruslar indi növbəti mərhələ kimi atəşkəs şərtlərini hazırlayırlar, bunu bu gün və ya sabah tamamlayıb qarşı tərəfə göndərəcəklər. Ola bilsin, bundan sonra müəyyən irəliləyişlər olacaq”.

Xatırladaq ki, Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri bundan əvvəl, mayın 26-27-də Moskvada səfərdə olub.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button