Hakan Fidandan xəbərdarlıq: Bölgədə “kiçik dövlətlər” yaratmaq istəyirlər

“İsrailin siyasəti Suriya üçün təhlükə yaradır və Ankara Suriyanın cənubunda sabitliyi pozan fəaliyyətləri nəzərə alır”.
Polise.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib.
“İsrailin bölgədəki aqressivliyi, ekspansionist, xüsusən də Suriyanın cənubunda sabitliyi pozan fəaliyyətləri Suriya üçün də təhlükə yaradır”, – o deyib.
Hakan Fidan İsrailin Suriya ərazisində “kiçik dövlətlər” yaratmaq cəhdlərinə də diqqət çəkib.
“Suriya ərazisinin bir hissəsi işğal altındadır və bu işğala son qoyulmalıdır”, – Türkiyə xarici işlər naziri vurğulayıb.
Polise.az



