“HAMIMIZIN BİR ARZUSU VAR – O GƏBƏRSİN!” – Zelenskinin müraciətinə Kremldən reaksiya

Ukrayna Prezidenti Volodimir Zelenski ukraynalıları Milad bayramı münasibətilə təbrik edib.

“Polise.az” xəbər verir ki, Ukrayna başçısı müraciətində ad çəkmədən ukraynalıların Putinin ölümünü arzuladığına eyham vurub: “Bütün ailənin süfrə ətrafında toplaşması böyük sevincdir. Nəhayət, görüşəndə, qucaqlaşanda və bir-birimizdən “necəsiniz?” deyə soruşanda bütün bunlar həmişə Milad bayramımızın ayrılmaz hissəsi olub. Bu gün hamımızın bir arzusu var. Və hamımız üçün bir arzu edirik: Onun gəbərməsini! Amma Allaha üz tutanda, əlbəttə ki, daha çox şey diləyirik. Ukrayna üçün sülh diləyirik. Bunun üçün mübarizə aparırıq və bunun üçün dua edirik. Biz buna layiqik”.

Kremlin sözçüsü Dmitri Peskov Volodimir Zelenskinin Milad müraciətini “qəribə” adlandırıb. Zelenskinin və ukraynalıların “arzusunun” Putinə aid olduğunu yaxşı başa düşən Peskov deyib: “Zelenskinin həqiqətən qəribə Milad müraciəti ilə bağlı xəbərlər gördük. Bu, qeyri-sivil, qəzəbli idi… Onun siyasi və diplomatik həll yolu ilə bağlı adekvat qərar qəbul edə biləcəyinə şübhə var”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button