Hamısı oyundur: Putini yalnız bu dayandıra bilər 

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə danışıqlarda maraqlı deyil, lakin yaxın gələcəkdə aqressiyaya görə böyük problemlərlə üzləşəcək.

Bunu rusiyalı hüquq müdafiəçisi Mark Feyqin deyib.

“Əminəm ki, Putin ilk gündən hərbi əməliyyatları dayandırmaq üçün hansısa kompromisləri təmin edəcək danışıqlara getmirdi. Burada “Moskva” kreyseri müəyyən rol oynadı, amma həlledici rolu deyil. Onsuz da Putin prinsipcə güzəştə getmək fikrində deyildi, o məqsədlərinə çatmaq istəyir. Onu yalnız döyüş meydanında məğlubiyyət dayandıra bilər”, – o bildirib.

O, mayın 9-na kimi Putinin böyük problemlərlə üzləşəcəyini proqnozlaşdırıb:

“Düşünürəm ki, biz mayın 9-dan əvvəl və bəlkə də ondan sonra genişmiqyaslı hadisələrin şahidi olacağıq. Hətta aprelin 25-də Bryanskda yanğınlar olub. Başqa hadisələr də olacaq. Ukrayna ilə bütün danışıqlar prosesi Rusiya prezidentinin oyunudur”.

Hamısını Göstər

Related Articles

Back to top button