Haniyənin qətlə yetirildiyi iqamətgahın görüntüləri yayılıb
Ötən gün İranın paytaxtı Tehran şəhərində qətlə yetirilən HƏMAS lideri İsmayıl Haniyənin hücuma məruz qaldığı iqamətgahın görüntüləri yayılıb.
“Polise.az” xəbər verir ki, bu barədə ABŞ-nin “New York Times” nəşri məlumat yayıb.
Məlumata görə, hücum zamanı Haniyə Tehranın şimalındakı Zəfəraniyyə rayonuna dağlıq bir bölgədə SEPAH veteranları üçün nəzərdə tutulan 6 mərtəbəli iqamətgahda olub.
Paylaşılan fotoda binanın bir küncünün zədələndiyi və yaşıl parça ilə örtüldüyünü görmək mümkündür.
Polise.az