Harris prezidentliyə namizəd olmaq üçün yetərincə səs topladığını bildirib
ABŞ-nin vitse-prezidenti Kamala Harris ölkənin ali vəzifəsinə namizədliyi irəli sürülmək üçün Demokratik Partiyanın qarşıdan gələn qurultayında nümayəndələrdən yetərincə səs topladığını açıqlayıb.
Polise.az xəbər verir ki, siyasətçi bunu ABŞ-nin mərkəzi televiziya kanallarında yayımlanan Miluokidə (Viskonsin ştatı) çıxışı zamanı deyib.
“Mənə məlumat verildi ki, bu səhər biz demokratların namizədliyi üçün kifayət qədər nümayəndənin dəstəyini qazanmışıq. Mən sizə söz verirəm ki, qarşıdakı həftələrdə partiyamızı birləşdirməyə davam edəcəyəm ki, noyabrda qalib gəlməyə hazır olaq <…> Biz bu seçkidə qalib gələcəyik”, – o vurğulayıb.
Polise.az