Harris və Trampın debatının tarixi açıqlanıb

ABŞ prezidentliyinə namizədlər Donald Tramp və Kamala Harrisin debatı sentyabrın 10-da ABC telekanalında baş tutacaq.

Polise.az  xəbər verir ki, bu barədə telekanal sosial şəbəkədə bildirib.

“ABC News” sentyabrın 10-da ABC telekanalında prezidentliyə namizədlərin debatına ev sahibliyi edəcək. Vitse-prezident Harris və keçmiş prezident Tramp ABC debatlarında iştirak edəcəklərini təsdiqləyiblər”, – telekanalın paylaşımında diqqətə çatdırılıb.

CNN qeyd edir ki, Tramp Floridadakı Mar-a-Laqo malikanəsində mətbuat konfransında çıxış edərək vitse-prezidentlə debatı “səbirsizliklə gözlədiyini” və qarşıdan gələn debat tarixləri ilə bağlı razılığa gəldiyini söyləyib: sentyabrın 4-də “Fox News”da, sentyabrın 10-da ABC-də və sentyabrın 25-də NBC-də.

Tramp əlavə edib ki, tamaşaçılar və yer də daxil olmaqla, “xırda təfərrüatlar” üzərində hələ də iş gedir. O həmçinin Harrisin debatın bütün şərtləri ilə razılaşacağına şübhə etdiyini vurğulayıb.

Daha əvvəl ABC-də debata razılıq verən Harris cümə axşamı daha sonra iştirak edəcəyini təsdiqləyib və gələcək debatları müzakirə etməkdən “xoşbəxt olacağını” söyləyib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button