Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi qaydaları təsdiqləndi

Azərbaycanda hava daşımaları sahəsində rəsmiyyətin sadələşdirilməsinə dair yeni qaydalar təsdiqlənib.
Polise.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Qaydalar” təsdiq edilib.
Sənədə uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Fərmandan irəli gələn məsələlərin həlli tapşırılıb.
Fərman imzalandığı gündən qüvvəyə minib.
Polise.az



