Hazır olun, rus ordusu qapımızdadır – Erməni nazir
Putin rejimi yenə qapımızın ağzındadır.
Bu sözləri Ukraynanın erməni əsilli daxili işlər naziri Arsen Avakov könüllülərə müraciətində deyib.
O, könüllüləri 2014-cü ildəki kimi, yenidən vətəni qorumağa səsləyib:
“Kreml yenidən Ukrayna sərhədinə qoşun yığır və yeni təcavüzkar siyasətlə ölkəmizi təhdid edir. Biz öz torpağımızdayıq və onu qoruyacağıq”.



