“Heydər Əliyev və Azərbaycan muzeyləri” adlı fotosərgi açılıb
Milli Azərbaycan Tarixi Muzeyində “Heydər Əliyev və Azərbaycan muzeyləri” adlı fotosərginin açılış mərasimi keçirilib.
Polise.az xəbər verir ki, tədbirdə çıxış edən muzeyin direktoru akademik Nailə Vəlixanlı Ulu Öndər Heydər Əliyevin böyük xilaskarlıq missiyasından, zəngin dövlətçilik təcrübəsinin əhəmiyyətindən danışıb.
N.Vəlixanlı dahi rəhbər Heydər Əliyevin Azərbaycanda muzeylərin yaradılmasına və inkişafına daim xüsusi diqqət göstərdiyini deyib.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova Ulu Öndər Heydər Əliyevin elm, təhsil, mədəniyyət sahələrinə göstərdiyi böyük qayğıdan bəhs edib.
İctimai-siyasi xadim, diplomat, tarix elmləri doktoru Həsən Həsənov Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəaliyyəti haqqında mühazirə ilə çıxış edib.
Tədbir iştirakçıları “Heydər Əliyev və Azərbaycan muzeyləri” adlı fotosərgi ilə tanış olublar.
Sərgidə Ümummilli Lider Heydər Əliyevin bir sıra Azərbaycan muzeylərinə ziyarəti zamanı lentə alınmış 22 ədəd fotoşəkli nümayiş olunur.
Polise.az