Heydər məscidində vəhdət namazı qılınıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda keçirələcək Azərbaycan Din Xadimlərinin Forumunun iştirakları dekabrın 22-də Heydər məscidində vəhdət namazı qılıblar.

Polise.az xəbər verir ki, Forum iştirakçıları namazdan öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər, ruhlarına dualar oxuyublar.

Namazda respublikamızın müxtəlif bölgələrindən gəlmiş 100-ə yaxın din xadimi iştirak edib.

Müxtəlif məzhəb nümayəndələrinin vahid məkanda, eyni sırada düzülərək ibadət etmələri ölkəmizdə dövlət tərəfindən həyata keçirilən tolerantlıq və multikulturalizm siyasətinin bəhrələrindəndir. Ulu Öndər Heydər Əliyevin adını daşıyan məsciddə vəhdət namazının qılınması ilə nəinki ölkəmizdə, eləcə də bütün dünyada olduqca gözəl ənənənin əsası qoyulub.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button