Heydərov generalı vəzifədən uzaqlaşdırdı

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə Rəfail Mehdiyevin nazirlikdəki fəaliyyətinə xitam verilib və vəzifələrindən azad edilib. 

“AzPolitika” “Qaynarinfo.az”-a istinadən bildirir ki, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin sabiq rəisi olan Rəfail Mehdiyev ötən ilin oktyabr ayında sözügedən xidmətin tibb işləri üzrə rəis müavini, bu ilin mart ayında Xidmət rəisi əvəzedicisi təyin olunmuşdu.

Xatırladaq ki, ötən ilin iyul ayında Rəfail Mehdiyev Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib. Onun Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindəki fəaliyyət dövrünün yoxlanılması zamanı ciddi korrupsiya faktları aşkar edildiyi və milyonlarla vəsaitin yoxa çıxması barədə KİV-də də məlumat yayılmışdı.

Polise.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button