Hikmət Hacıyev: “Ədalət barışığın vacib bir hissəsidir!”
Ədalət barışığın vacib bir hissəsidir!
Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında Xocalı soyqırımının 29 illiyi ilə bağlı paylaşımında bildirib.
O, bu bəşəri cinayətləri həyata keçirənlərin irqçi fikirlərinə və etnik nifrətlərinə görə Ermənistanda qəhrəman kimi qəbul olunduğunu vurğulayıb.
“Unutmadıq! Xocalı soyqırımının günahsız qurbanlarına ədalət tələb edirik!”, – deyə Prezidentin köməkçisi bildirib.