Hikmət Hacıyev: Azərbaycanın 9-a yaxın şəhəri demək olar ki, tamamilə dağıdılıb

Azərbaycanın 9-a yaxın şəhəri demək olar ki, tamamilə dağıdılıb.

Polise.az Teleqraf-a istinadən  xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev WUF13 çərçivəsində keçirilən “Qlobal Koalisiyaların Mərkəzində Mənzil” tədbirində deyib.

O bildirib ki, 300-dən çox yaşayış məntəqəsi və kənd ciddi zərər görüb.

Onun sözlərinə görə, həmin ərazilər sıfırdan, hətta bəzən “mənfi”dən bərpa edilir:

“Çünki bu torpaqlar minalarla ciddi şəkildə çirkləndirilib. Təxminən 1,5 milyon mina və digər partlayıcı qurğuların mövcudluğu təhlükəsizliyi ciddi şəkildə risk altına alır.

2020-ci ildən sonra azad olunmuş ərazilərdə 400-dən çox mina hadisəsi baş verib. Azərbaycan kütləvi minatəmizləmə işləri həyata keçirir”, – H. Hacıyev vurğulayıb.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button