Hikmət Hacıyev BMT-nin Azərbaycandakı müvəqqəti rezident əlaqələndiricisi ilə görüşdü

Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı müvəqqəti rezident əlaqələndiricisi İqor Qarafuliç Azərbaycan Prezidentinin köməkçisi — Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı nümayəndəliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan və BMT arasında uzunmüddətli tərəfdaşlığın perspektivləri, xüsusilə 2026-2030-cu illər üzrə yeni Əməkdaşlıq Çərçivə sənədi ətrafında geniş fikir mübadiləsi aparılıb.

İqor Qarafuliç BMT-nin ölkədəki bütün struktur bölmələrinin Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması və milli prioritetlərin dəstəklənməsi üçün tam səfərbər olduğunu vurğulayıb.

 

Poliseaz

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button