Hikmət Hacıyev Bundestaqın nümayəndə heyəti ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının Cənubi Qafqaz üzrə işçi qrupunun rəhbəri Mirze Edisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Polise.az Teleqraf-a istinadən  xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Qeyd edilib ki, görüş zamanı regiondakı mövcud siyasi vəziyyət və Ermənistanla sülh prosesi barədə ətraflı fikir mübadiləsi aparılıb.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button