Hikmət Hacıyev çinli nazirlə ikitərəfli əməkdaşlığı müzakirə edib

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin Kiberfəza İdarəsinin naziri Çjuan Junvenlə görüşüb.

Polise.az Teleqraf-a istinadən  xəbər verir ki, bu barədə Hikmət Hacıyev “X” hesabında məlumat verib.

O qeyd edib ki, Azərbaycan və Çin arasındakı hərtərəfli strateji tərəfdaşlıq əsasında Çinin Kiberfəza İdarəsinin naziri cənab Çjuan Junvenlə ölkələrimiz arasında rəqəmsal inkişaf, sosial media və dezinformasiya və dipfeyklərlə mübarizə sahəsində ikitərəfli əməkdaşlıq müzakirə olunub.

 

Polise.az

 

 

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button