Hikmət Hacıyev erməni yalanını ifşa etdi
Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında daha bir erməni saxtakarlığının üstünü açıb.
O, ermənilərin Azərbaycanın guya onların qəbristanlıqlarını raket atəşinə tutması ilə bağlı yaydığı xəbərin yalan olduğunu fotolarla sübut edib:
“Fərqə baxın.
Şəkil 1: Ermənistan tərəfindən Azərbaycanın Tərtər rayonunun Ələsgərli kəndinə atəş açılmışdı. Günün fotosu kimi paylaşdım. Erməni “Smerç” raketinin mühərrik hissəsi masadan keçərək yerə girib.
Şəkil 2: Uğursuz erməni feyki. Hörümçək torunu təmizləməyi belə unudublar”.
See difference.
Photo 1: Fired by Armenia to Alasgarli village of Tartar region of Azerbaijan. I shared it as photo of the day. Engine part of Armenian Smerch missile penatrates table and enters ground.
Photo 2: Unsuccessful Armenian fake. They even forget to clean spider net. pic.twitter.com/ql6zAHn9kZ— Hikmet Hajiyev (@HikmetHajiyev) November 1, 2020