Hikmət Hacıyev: “Ermənistan atəşkəsin arxasında gizlənərək, təcavüz siyasətini davam etdirir”
“Hadisələrin gedişi göstərir ki, yalnız atəşkəs kifayət deyil”.
Bunu bu gün mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H. Hacıyev deyib ki, Ermənistan atəşkəsin arxasında gizlənərək təcavüz siyasətini davam etdirir: “Bu xüsusda BMT Baş Katibinin müraciətinə cavab olaraq deyirik ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməli, bu qətnamələrin yerinə yetirilməsi mexanizminə yenidən baxılmalıdır”.