Hikmət Hacıyev Kayrat Sarıbayla AQEM sammitini müzakirə etdi

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbayla görüşüb.
Polise.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Kayrat Sarıbay “X” platformasında yazıb.
“Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşdüm. Azərbaycanın AQEM-dəki güclü liderliyini, o cümlədən təşkilatın transformasiyasındakı mühüm irəliləyişi yüksək qiymətləndirdim. Qarşıdan gələn AQEM sammitinə və AQEM Media Forumuna hazırlıq məsələlərini müzakirə etdik”, – K.Sarıbay məlumat yayıb.
Polise.az



