Hikmət Hacıyev:”Vardanyanla bağlı məhkəmə qərarı 30 illik münaqişənin məntiqi yekunudur”

Bakı məhkəməsinin oliqarx Ruben Vardanyanla bağlı qərarı təkcə ədalətin bərpası deyil, həm də Azərbaycan xalqına böyük iztirablar gətirmiş təxminən 30 illik münaqişənin rəmzi və məntiqi yekunudur.
Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsində yazıb.
“Azərbaycan münaqişənin nizamlanmasının unikal hərbi-siyasi modelini irəli sürərək və postmünaqişə dövründə sülh gündəliyini başladaraq Bako Saakyan, Araik Arutyunyan, Ruben Vardanyan və digərləri də daxil olmaqla hərbi və insanlığa qarşı cinayətlərdə ittiham olunan şəxslərin də məsuliyyətə cəlb olunmasını təmin edib”, – o vurğulayıb.
Polise.az



