Hindistan Azərbaycana qonaqpərvərliyə görə təşəkkür etdi

Hindistan Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) 2026–2028-ci illərdə sədrliyini davam etdirməsini alqışlayır.

Polise.az xəbər verir ki, bunu Hindistanın xarici işlər üzrə dövlət naziri Kirti Vardhan Sinqh bu gün Bakıda keçirilən AQEM-in VII Zirvə Görüşündə çıxışı zamanı bildirib.

O, sammitin yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə Azərbaycan rəhbərliyinə təşəkkür edib. Kirti Vardhan Sinqh AQEM-in Asiyada sülhün, dostluğun və rifahın möhkəmləndirilməsindəki rolunu yüksək qiymətləndirib.

O, Hindistanın inklüziv, məsləhətləşmələrə və konsensusa əsaslanan çoxtərəfli əməkdaşlığı dəstəklədiyini vurğulayıb.

Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button