Hindistan lideri Pakistanın iddiasını foto ilə təkzib etdi – Rusiya raket ilə “əzələ nümayişi”

Hindistan Baş naziri Narendra Modi Pəncab əyalətindəki Adampur aviabazasına baş çəkib və burada Rusiyadan alınan S-400 zenit-raket kompleksinin qarşısında şəkil çəkdirib.

Teleqraf xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb.

Nəşr yazır ki, Modi bununla Pakistanın Adampurdakı S-400 sisteminin məhv edilməsi ilə bağlı iddialarını təkzib edib.

Qeyd olunur ki, Adampur bazası son əməliyyatlar zamanı Hindistan Silahlı Qüvvələri tərəfindən Pakistana qarşı fəal şəkildə istifadə olunub.

Xatırladaq ki, Pakistan Silahlı Qüvvələri mayın 10-da Hindistana məxsus S-400 sistemlərinin məhv edildiyini açıqlamışdı. Hindistan Müdafiə Nazirliyi həmin gün iddianı təkzib etmişdi.

Xatırladaq ki, Hindistan-Pakistan münasibətləri aprelin 22-də Kəşmirin Dehlinin nəzarətində olan hissəsində (Pahalqam şəhərində) silahlıların mülki şəxslərə hücumundan sonra gərginləşib. Dehli baş verənlərə görə İslamabadı ittiham edərkən, Pakistan bunu qəti şəkildə rədd edib.

Hindistan mayın 6-dan 7-nə keçən gecə sübuta yetirmədiyi bu ittihamları əsas gətirərək, Pakistan ərazisinə hava zərbələri endirib. Hücum zamanı Pakistanda 31 nəfər mülki şəxs həlak olub, 50-yə yaxın insan yaralanıb. Pakistan cavab olaraq, Hindistanın hərbi hədəflərinə zərbələr endirib. Nəticədə Hindistanın 5 qırıcısı, sərhəddə briqada qərargahı və digər hərbi hədəfləri məhv edilib.

Pakistan Hindistanın mayın 10-dakı hava zərbələrinə də sərt cavab verib.

Polise.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button