Hindistan liderinin iddiası vəziyyəti yenidən gərginləşdirdi – Pakistandan sərt bəyanat

Rəsmi İslamabad Hindistan Baş naziri Narendra Modinin dünənki çıxışında səsləndirdiyi təxribatçı və qızışdırıcı ifadələri qəti şəkildə rədd edib.

Polise.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.

XİN Hindistan liderinin iddialarını “aşkar yalan” adlandırıb:

“Hindistanın davranışları bütün regionu fəlakətin astanasına sürükləyən təcavüz üçün təhlükəli presedent yaradır”.

Ölkənin xarici siyasət qurumu vurğulayıb ki, Modinin açıqlamaları yanlış məlumatlandırma, siyasi fürsətçilik və beynəlxalq hüquqa açıq-aşkar etinasızlıqdan qaynaqlanan təhlükəli eskalasiyanı təmsil edir.

Həmçinin qeyd edilib ki, Hindistan Baş nazirinin açıqlamalarında aqressiyaya haqq qazandırmaq üçün yalnış rəvayətlər uydurma meyli əks olunub.

“Pakistan son atəşkəs anlaşmasına sadiqdir və gərginliyin azaldılması və regional sabitlik istiqamətində zəruri addımlar atır”, – Pakistan XİN əlavə edib.

Xarici İşlər Nazirliyi bildirib ki, Pakistanın sülhə sadiqliyi zəiflik kimi qəbul edilməməlidir, Hindistandan gələcək istənilən təcavüzünə sərt və qətiyyətlə cavab veriləcək: “Ümid edirik ki, Hindistan regional sabitliyi və vətəndaşlarının rifahını dar, siyasi motivli niyyətlərindən üstün tutacaq”.

Xatırladaq ki, Hindistan Baş naziri bundan əvvəl Pakistana qarşı hərbi əməliyyatlara fasilə verildiyini, atəşkəsin elan olunmadığını açıqlamışdı. Narendra Modinin iddiasına görə, Pakistan son toqquşmalardan sonra “ümidsizlik və məyusluq” içində atəşkəs istəyib.

Polise.az 

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button