Hizbullah Netanyahunun evinə PUA-larla hücum etdi
Hizbullah qüvvələri Qeysəriyyə bölgəsini PUA-larla vurub.
Teleqraf.com Axar.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
İddia edilib ki, hücumun hədəfi İsrail Baş naziri Benyamin Netanyahunun şəxsi mülki olub.
İsrail Nazirlər Kabinetinin məsələ ilə bağlı açıqlamasında bildirilib ki, hücum zamanı Netanyahu evdə olmayıb və heç bir can itkisi də qeydə alınmayıb.
İsrail ordusundan isə vurğulanıb ki, Livandan İsrail hava məkanına 3 PUA daxil olub. Onlardan 2-si məhv edilib, 1-i isə Qeysəriyyədəki binaya çırpılıb.
Polise.az