Honq-Konqda 10,7 milyon dollar dəyərində qızıl qaçaqmalçılığının qarşısı alınıb

Honq-Konq gömrüyü hava kompressoru hissələri kimi gizlədilmiş qızıl yükü aşkar edib.

Polise.az  xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.

Qaçaqmalçılıq yolu ilə gətirilən qızılın dəyəri rekord həddə – 84 milyon Honq-Konq dolları (təxminən 10,7 milyon ABŞ dolları) səviyyəsində qiymətləndirilir.

Sənədlərə əsasən, Honq-Konq hava limanından Yaponiyaya göndərilmək üçün hazırlanan yükdə ümumi çəkisi 775 kq olan iki hava kompressoru olub. Gömrükçülər rentgen müayinəsindən sonra yükə baxış keçirmək qərarına gəliblər.

Məlumata görə, yükü göndərən şirkətin 31 yaşlı direktoru saxlanılıb. Sonradan aparılan yoxlamalar göstərib ki, müəssisə heç bir sahibkarlıq fəaliyyəti həyata keçirmir. Şirkət direktorunu 7 ilə qədər həbs və 2 milyon Honq-Konq dolları (təxminən 256,4 min ABŞ dolları) məbləğində cərimə gözləyir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button