Hulusi Akar Bakıda türkiyəli hərbçilərlə görüşdə: “Biz burada Azərbaycanın maraqlarının keşiyindəyik!”

Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar bu gün Bakıda Qarabağla bağlı Türkiyə-Rusiya ortaq monitorinq mərkəzində fəaliyyətə başlayacaq türk hərbçilərlə görüşüb.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Hulusi Akar hərbçiləri Azərbaycan və Ermənistan arasındakı atəşkəsə nəzarət missiyasına hazır olmağa çağırıb.

“Atəşkəs Ortaq Mərkəzdən izlənilir. Dostlarımız vəzifəmizi yerinə yetirməyə hazırdırlar. Ortaq Mərkəz işə başladıqdan sonra fəaliyyətimiz daha da güclənəcək və azərbaycanlı qardaşlarımızın hüquqlarını müdafiə etmək vəzifəmizi yerinə yetirəcəyik”, – o əlavə edib.

Türkiyə Milli Müdafiə Nazirliyinin rəhbəri bundan əvvəl bildirmişdi ki, Azərbaycanın Ağdam bölgəsində Atəşkəsə Nəzarət Mərkəzinin inşası başa çatdıqdan və fəaliyyətə başlayandan sonra bir general və Türkiyə Silahlı Qüvvələrinin 35 zabiti vəzifələrini icra edəcək.

Qarabağla bağlı ortaq monitorinq mərkəzinə dair memorandum bu il 9 noyabrda Türkiyə və Rusiya Federasiyası tərəfindən imzalanıb.

Hamısını Göstər

Related Articles

Back to top button