Hulusi Akar Qarabağda anlaşma barədə: “Türkiyə həm masada, həm də ərazidə olacaq”
“Türkiyə orda hardadır? Türkiyə işin dibindədir, həm masada, həm də ərazidədir. Orada hər hansı bir “oldu-bitdi”dən söhbət gedə bilməz”.
“Anadolu” Agentliyinin məlumatına görə, bu sözləri Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.
“Sabah Rusiyadan geniş bir heyət gəlir. Taktiki və texniki olaraq kim harada dayanacaq, kim nə edəcək bunlardan danışılacaq”, – deyə H.Akar bildirib.