Hulusi Akar: “Türkiyə Cənubi Qafqazda sabitliyin bərqərar olması üçün fəal səy göstərir”

Türkiyə milli müdafiə naziri Hulusi Akar qardaş ölkənin Azərbaycana dəstəyini nümayiş etdirib.

Bu barədə o, “Adalar Dənizi və Yunanıstanla Qonşuluq Əlaqələri Simpoziumu”nda çıxışı zamanı bildirib.

O qeyd edib ki, Türkiyə Cənubi Qafqazda sabitliyin təmin edilməsinə böyük əhəmiyyət verir və bu bölgədə sülh və sabitliyin bərqərar olması üçün fəal səy göstərir.

“Can qardaşımız Azərbaycan 30 il işğal altında olan Qarabağda öz torpaqlarını 44 günlük “Vətən” hərəkatı ilə Ermənistanın işğalından qurtarıb”.

Akar vurğulayıb ki, Türkiyə bütün imkanları və potensialı ilə Azərbaycana dəstək verməyə davam edəcək.

Hamısını Göstər

Related Articles

Back to top button