Hulusi Akar:“Güzəşt olmayacaq”

Türkiyə Suriyadakı terror qruplaşmalarını heç vaxt görməzdən gəlməyəcək.

 Polise.az  xəbər verir ki, bunu Türkiyə parlamentinin Müdafiə Komitəsinin sədri, keçmiş müdafiə naziri Hulusi Akar deyib.

Komitə rəhbəri Aralıq dənizində sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı Suriya ilə razılaşma əldə edilə biləcəyini, bunun bu su hövzəsində yeni bir tənlik yaradacağını vurğulayıb.

Akar Suriyada terrorla mübarizənin qətiyyətlə davam edəcəyi, bu mövzuda güzəştə gedilməyəcəyi mesajını da verib:

“Suriyadakı terror qruplaşmalarını heç vaxt görməzdən gəlməyəcəyik. Ölkəmizin gələcəyi, millətimizin rifahı və təhlükəsizliyi üçün terrorla mübarizəmiz son terrorçu zərərsizləşdirilənə qədər fasiləsiz olaraq davam edəcək”.

Keçmiş müdafiə naziri Suriyaya hücum edən İsrailə də etiraz edib:

“İsrailin Qüvvələrin Ayrılması Müqaviləsini pozması qəbuledilməzdir”.

Akar, həmçinin qeyd edib ki, Türkiyə diplomatiyaya yolların açılması, tərəfləri masaya oturtmaq üçün intensiv işləyir.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button