Husi nümayəndəsi: İsrail liderlərini hədəf almağa davam edəcəyik

Qəzza soyqırımına görə Baş nazir Benyamin Netanyahu da daxil olmaqla, İsrail liderlərini məsuliyyətə cəlb etməyə davam edəcəyik.

Teleqraf “The Times of Israel”ə istinadən xəbər verir ki, bunu Yəməndəki “Ənsarallah” (husilər) hərəkatının yüksək rütbəli nümayəndəsi Nəsr əl-Din Amer İsrailin son təhdidlərinə cavab olaraq deyib.

O, Təl-Əvivdə yerləşən Ben Qurion Hava Limanını atəşə tutduqları zaman Netanyahunun da orada olduğunu iddia edib

İsrailin müdafiə naziri İsrael Katz isə bildirib ki, Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” hərəkatının lideri Əbdülməlik əl-Husini məhv etməyə hazırdırlar.

“Qəzzada əl-Deyfi, Sinvarı, Beyrutda Nəsrullahı və Tehranda Həniyəni vurduğumuz kimi Yəməndə də Əbdülməlik əl-Husini məhv edəcəyik”.

 

Poloise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button