Husilər Baydenə ABŞ-ın öz problemlərini həll etməyi tövsiyə edib
Yəməndəki üsyançı husilərin lideri Əbdül Malik əl-Husi ABŞ Prezidenti Co Baydenə başqa ölkələrdə müharibələr başlatmaq əvəzinə, öz ölkəsindəki problemləri həll etməyi təklif edib.
Polise.az TASS-a istinadən xəbər verir ki, Əl-Husinin çıxışı “Al-Masirah” telekanalı tərəfindən yayımlanıb.
“Amerika prezidenti başqa ölkələrdə müharibələrə başlamaq əvəzinə, ilk növbədə ölkəsindəki böhran və onun siyasətinin doğurduğu problemlərlə məşğul olmalıdır” deyən husilərin lideri xüsusilə Texasda ABŞ-Meksika sərhəddindəki vəziyyəti, həmçinin ABŞ-ın federal hökuməti ilə ştat rəhbərlikləri arasında yaranmış gərginliyi vurğulayıb.
Polise.az