Husilər Birləşmiş Ərəb Əmirliklərinin hərbi texnika daşıyan gəmisini ələ keçirdi

Yəmənin şimalında fəaliyyət göstərən husilər Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) gəmisini “düşmənçilik hərəkətləri” ittihamı ilə ələ keçirib.

Gəminin Yəmənin şimalında Səudiyyə Ərəbistanının Cizan liman şəhərinə getdiyi qeyd edilib.

Səudiyyə mediası bildirib ki, gəmi ötən gecə Qırmızı dənizdə atəşə tutulub.

Səudiyyə Ərəbistanı gəmidə tibbi avadanlıq olduğunu, husilər isə gəminin hərbi texnika daşıdığını iddia edib. Husilərin hərbi sözçüsü bəyan edib ki, gəmidəki hərbi texnika Yəmən xalqının təhlükəsizliyi və sabitliyinə təhdiddir.

Yəmənin şimalında husilərlə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiyanın dəstəklədiyi hökumət qüvvələri arasında müharibə altı ildən çoxdur ki, davam edir.

Hamısını Göstər

Related Articles

Back to top button